Nəcib Məhfuzun “Bildirçin və payız” kitabı çapdan çıxdı

Nəcib Məhfuzun “Bildirçin və payız” kitabı çapdan çıxdı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – "Bildirçin və payız" kitabı işıq üzü görüb.

SİA-nın verdiyi məlumata görə, kitaba dünya şöhrətli Misir yazıçısı, müasir ərəb ədəbiyyatının banisi, Şərq ədəbiyyatının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Bildirçin və payız" romanı, "Zülmət gecədən işıqlı sabaha" povesti və hekayələri daxil edilib.

Qeyd edək ki, əsərləri dilimizə Şahin Ələsgərov tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə