Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Bilik Fondundan SİA-ya verilən məlumata görə, belə görüşlərdən biri mayın 5-dəYAP idarə heyətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Azərbaycanın Rus İcmasının sədri, millət vəkili Mixail Zabelinlə Bilik Fondunda gerçəkləşib.
Fondun əməkdaşları və "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində Rus Pravoslav kilsəsində Azərbaycan dilini öyrənən dinləyicilərlə görüşən M.Zabelinulu öndərlə bağlı xatirələrini bölüşüb.
Heydər Əliyev Azərbaycan SSR-nin birinci katibi vəzifəsində çalışdığı dövrdə onun köməkçisi olduğunu xatırladan M.Zabelin Ümummilli lideri yaxından tanıdığı üçün xoşbəxt insan olduğunu deyib.
Millət vəkili bildirib ki, məhz Ulu öndərin yürütdüyü multikultural siyasətin nəticəsidir ki, bu gün Azərbaycandakı xalqlar bir bayraq altında firavan yaşayır: "Azərbaycanda heç vaxt milli zəmində qarşıdurma olmayıb. Xüsusən ruslarla azərbaycanlılar arasında anlaşılmayan heç nə yoxdur. Heydər Əliyev hələ sovet dövründə ölkəyə rəhbərlik etdiyi zaman xalqların qardaşlığının, dostluğunun əbədi olması üçün böyük işlər görüb. Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Ulu öndərin multikulturalizm dəyərinə verdiyi önəmin ən bariz nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB