Ümummilli Liderə həsr olunmuş şahmat turnirinə yekun vurulub SƏS TV

Ümummilli Liderə həsr olunmuş şahmat turnirinə yekun vurulub SƏS TV

Bu gün Azərbaycan Nəşriyyatının, Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə kütləvi informasiya vasitələri təmsilçiləri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi şahmat turnirinə ekun vurulub. SİA-nın verdiyi xəbərə görə, turnirin bağlanış mərasimində iştirakçıları salamlayan Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov dünya səviyyəli siyasətçi və görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, xüsusən də şahmatın inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu siyasi kurs hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şahmat turnirin artıq ənənə halını aldığını deyən Ağabəy Əsgərov bu ənənənin bundan sonra da davam etdiriləcəyini, Ümummilli Liderin əziz xatirəsininin daima yad ediləcəyini bildirib.

Çıxış edən Azərbaycan Nəşriyyatı Həmkarlar Komitəsinin sədri Rauf Cəfərov bu turnirin artıq 19-cu dəfə keçirildiyini və bu dəfə 11 mətbuat orqanından 16 şahmatçının qeydiyyatdan keçdiyini qeyd edib.

Digər çıxışçılar da turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.

Sonda qaliblərə medal və hədiyyələr təqdim olunub.

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə