Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı ölkəmizdə silsilə tədbirlər davam edir. Bu mərasimlərdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) Samux şəhər təşkilatında təşkil olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə əvvəlcə rayon rəhbərliyi Samux rayon ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sonra Azərbaycan Dövlət Himni səsləndirilərək, Ulu öndər Heydər Əliyevin ömür yolundan, doğma xalqına, millətinə sədaqətindən bəhs edən videoçarx nümayiş olunub. Toplantıda müsabiqədə iştirak edən ümumtəhsil məktəblərinin musiqi, xalq çalğı alətlərində ifa və rəqs üzrə qalibləri bir daha çıxış edərək, öz bacarıqlarını göstəriblər. Tədbirin sonunda şəhər rəhbərliyinin təşəbbüsü ilə baş tutan müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.
Göygöldə rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətlə 9-cu Ümumrespublika kitab bayramı keçirilib. Açıq səma altında baş tutan "Kitab bayramı" da qonaqlar və şagirdlər Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablarla yaxından tanış olublar. 2000-dən çox kitabın nümayiş olunduğu sərgidə qonaqlara müxtəlif mövzulu kitablar təqdim edilib.
Qeyd edək ki, sərgi Göygöl Rayon Mədəniyyət Mərkəzinin "Nərgiz" folklor kollektivinin musiqi nömrələri ilə yekunlaşıb.
Şəmkir rayonunda da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı kitab bayramı təşkil olunub. İstirahət məkanında reallaşan tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən və dahi şəxsiyyətin hakimiyyəti dövründə əldə olunan nailiyyətlərdən danışıblar. Rəsmi hissədən sonra tədbir iştirakçıları fotostendlər və sərgilənən kitablarla tanış olublar. Sərgidə Ümummilli liderin Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində gördüyü işləri və Şəmkirə səfərlərini əks etdirən bölmələr yer alıb.
Tədbir Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı bədii hissə ilə davam edib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB