Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Şəhidlər" abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında əklil və gül dəstələri qoyublar.
Daha sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildiriblər.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Böyük Vətən Müharibəsi veteranları və onların ailə üzvləri ilə YAP Qaradağ rayon təşkilatının inzibatı binasında görüş keçirilib.
İlk öncə Böyük Vətən və Qarabağ Müharibələrində həlak olanların, həmçinin bu ilin aprel ayında cəbhə xəttində həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov xalqımızın igid oğul və qızlarının qorxu bilmədən döyüşə getdiklərini qeyd etdi. Ulu Öndərin 93 illik yubileyi ərəfəsində olduğumuzu xatırladaraq Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Daha sonra səmimi söhbət etmiş, onları narahat edən sosial və məişət problemlərinin həlli istiqaməti üzrə aidiyyatı qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən 5 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 52 nəfər veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçısına maddi yardım göstərilib.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək,
özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB