Ümummilli liderin 93-cü ildönümü münasibətilə ƏƏSMN əməkdaşları arasında idman turniri keçirilib FOTOLAR

Ümummilli liderin 93-cü ildönümü münasibətilə ƏƏSMN əməkdaşları arasında idman turniri keçirilib FOTOLAR

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələri arasında təşkil olunan mini-futbol yarışlarının qalib komandaları arasında final görüşü keçirilib. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin respublikamızın uzunmüddətli inkişafına xidmət edən müdrik siyasi kursundan bəhs edib. Nazir hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərlik edərkən Heydər Əliyev tərəfindən ölkənin gələcək müstəqillik dövrü üçün dolğun və hərtərəfli potensial yaradıldığını vurğulayıb:"1993-cü ilin iyununda xalqın çağırışı ilə ulu öndərimizin yenidən yenidən respublika rəhbərliyinə qayıdışı o zaman ölkənin məruz qaldığı ağır siyasi-iqtisadi böhranın aradan qalxmasına, yenicə qazanılmış dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısının alınmasına, Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə imkan verdi. Ümummilli liderimiz müstəqil dövlətin qurulması prosesini uğurla həyata keçirməklə yanaşı, ölkədə sosial tənəzzüldən sosial sabitliyə keçidi və müasir əsaslar üzərində sosial müdafiə sisteminin qurulmasına yönələn islahatların başlanmasını təmin etdi".

S.Müslümov Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin ölkənin sürətli inkişafına, modern islahatlar yolu ilə inamla irəliləməsinə yol açdığını qeyd edib. Nazir son 12 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqi sahəsində ələd olunan mühüm tarixi nailiyyətlərdən, sosial müdafiə sisteminin gücləndirilməsi və müasirləşdirilməsi yönündə atılan uğurlu addımlardan söz açıb: "Hazırda Azərbaycan dünyada sabitlik və inkişaf məkanı, müasir və tolerant ölkə kimi tanınmaqla yanaşı, bir idman ölkəsi kimi də böyük nüfuza malikdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə nazirlikdə futbol və şahmat üzrə təşkil olunan idman tədbirləri də gənclərin idmana meylinin dəstəklənməsi, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədinə yönəlib. Şahmat üzrə idman yarışları artıq yekunlaşıb və yarışların qalibi müəyyən olunub. Hazırkı idman yarışında isə mini-futbol turnirinin qalib komandası müəyyən ediləcək".

S.Müslümov yarış iştirakçılarına qələbə əzmi arzulayıb. Yarışın nəticəsi kimi mini-futbol turnirinin qalib komandası müəyyən edilib. Tədbir idman yarışlarının qalibləri olan komandaların mükafatlandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə