Siyavuş Novruzov: "Məsələlərə kompleks yanaşmaq lazımdır" MÖVQE

Siyavuş Novruzov: "Məsələlərə kompleks yanaşmaq lazımdır" MÖVQE

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında pay torpaqları ilə bağlı çıxış edib. SİA-nın xəbərinə görə, bu sahədə mövcud problemlərdən danışan S. Novruzov bildirib ki, MDB məkanında torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib: "Həmin torpaqlardan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çoxları tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Digər bir qisim isə iş görür, amma tədarük etdiyi məhsulu bazara çıxara bilmir".

Burada obyektiv və subyektiv səbəblərin olduğunu dilə gətirən millət vəkili bildirib ki, məsələlərə kompleks yanaşmaq lazımdır: "Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Bu məsələlər araşdırmalıdır. Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib, onu istehsal edən əkinçi istehsal etdiyi məhsulunu bazar çıxarda bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək, biz kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək".

Bütün xəbərlər Facebook səhifəmizdə