Deputat Adil Əliyev Milli Məclisin bugünki iclasında manatın devalvasiyasından sonra bağlanan kiçik mağaza sahiblərinə güzəşt edilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, millət vəkili bildirib ki, manatın devalvasiyasından sonra bir çox yerlərdə kiçik mağaza sahibləri fəaliyyətlərini dayandırıblar: "Təmsil olunduğum Nərimanov rayonunda bir sıra mağazalar bağlanılıb. Bizə məlumdur ki, onlar banklardan kredit alıb bu işi qurublar. Amma bu gün fəaliyyətlərini davam etdirə və borclarını verə bilmirlər. Təklif edirəm ki, monitoriqlər aparılsın və həmin mağaza sahibləri müəyyən müddətə vergidən azad edilsin ki, onlar işə başlasınlar. Dükanların bağlı qalmasının heç kəsə xeyri yoxdur, amma onlar işləsə xeyli adam işlə təmin olunar və banklara borclar dövlət hesabına bağlana bilər".
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib. O qeyd edib ki, bu günlərdə komitədə daxil olan Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar birgə müzakirə olunacaq və ortaq qərara gəlinəcək: "Burada qaldırılan məsələlər diqqət mərkəzindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB