Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Məsələ haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Daha sonra Parlament "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib.

Sazişə əsasən, bundan sonra Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə