Arıqlamaq istəyənlər EV İŞLƏRİ görsün!

Bəzi ev işləri insanın daha çox kalori yandırmasına səbəb olur

İsveçrəli alimlər müəyyənləşdiriblər ki, evdar qadınların arıqlaması işgüzar qadınlara nisbətən daha asandır. Belə ki, bəzi ev işləri insanın daha çox kalori yandırmasına səbəb olur.

30 dəqiqəlik ev işlərinə qarşılıq olaraq yandırılan kalorinin miqdarı aşağıdakı kimidir:

Toz almaq, yüksəkdə olan rəfləri təmizləmək - 50 kalori

Paltar ütüləmək, yataq hazırlamaq - 70 kalori

Yemək hazırlamaq - 80 kalori

Yerləri süpürmək və ya silmək - 90 kalori

Qab yumaq, otağı yığışdırmaq - 100 kalori

Pəncərələri silmək, maşın yumaq - 150 kalori

Hamamı təmizləmək, torba daşımaq - 200 kalori

Nərdivanları çıxmaq, evi boyamaq - 250 kalori

Bütün xəbərlər Facebook səhifəmizdə