Azərbaycan Respublikası Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsində inkişafının təmin edilməsi, onun maddi texniki bazasının möhkəmləndirilməsi, zəruri sosial tədbirlərin maliyyələşdirilməsi və ordumuzun müasir silah arsenalı ilə təmin olunması hazırkı şəraitdə mühüm əhəmiyyət kəsb edən məsələdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) bildiriblər ki, AHİK-in İcraiyyə Komitəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat məbləğində maliyyə yardımı göstərilməsi haqqında qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB