Tanınmış "Röyters" agentliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ötən ay baş verən genişmiqyaslı toqquşmalar və bundan ziyan çəkən dinc sakinlər barədə təmas xəttinə yaxın Ağdamın Sarıcalı kəndindən reportaj hazırlayıb. SİA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, son zorakılıq halları 4 gün davam etsə də, çoxsaylı insan itkisi ilə nəticələnib.
"Azərbaycanla separatçı Dağlıq Qarabağ arasında atəşkəs münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilər. Lakin sakinlər deyir ki, atışma səsləri gecələr hələ də eşidilir və insanlar ölür", - deyə reportajda bildirilir.
Sarıcalı kəndinin ingilis dili müəlliməsi Maral Abdullayeva deyir ki, atəşkəsdən sonra atışma dayanmır və yerli sakinlər bundan narahatdır. O, 4 aprel tarixində işlədiyi məktəbin dağıdıldığını bildirib. Müəllimənin sözlərinə görə, məktəb qismən bərpa edilsə də, uşaqlar dərsə getməyə qorxur.
Bildirilir ki, Azərbaycan tərəfinin və separatçı rejimin məlumatlarına görə, atəşkəs razılaşmasından sonra hər iki tərəfdən azı 8 hərbçi həlak olub: "Avropalılar qorxurlar ki, növbəti toqquşma dünya bazarına neft-qaz resurslarının daşımasında dəhliz rolunu oynayan Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirə bilər".
Müəllif Evoğlu kəndində evləri dağılmış sakinləri də danışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB