Bakı şəhərinin Sabunçu rayonundakı C.Cabbarlı adına 187 saylı tam orta məktəbinin şagirdləri Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində fəaliyyət göstərən "Heydər Əliyev muzeyi"ndə olublar. SİA-nın məlumatına görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən bu tədbirdə məktəblilərə muzeyin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verilib. Muzeylə tanışlıq zamanı şagirdlərə bildirilib ki, muzeyin məramı görkəmli siyasi xadim Heydər Əliyevin irsini təbliğ etmək, ulu öndərin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş fəaliyyəti barədə təsəvvür yaratmaqdır.
Qeyd edilib ki, Ümummilli Liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində, o cümlədən, gömrük xidmətində mühüm nailiyyətlər əldə olunub. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik və inkişaf dövrü kimi daxil olub.
Məktəblilər Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla tanış olublar. Ulu Öndərin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi dövrləri əhatə edən, eləcə də onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri maraqla qarşılanıb.
Sonra şagirdlər dahi rəhbərin iştirakı ilə Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar və layihələr, o cümlədən, gömrük sahəsində baş verən dəyişikliklərdən bəhs edən filmə də tamaşa edib və muzeylə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB