Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Bakı Modern Məktəbində "Məktəblilərin Sağlamlıq Forumları" adlı layihənin icrasına başlayıb. SİA-nın verdiyi xəbərə görə, ilk forum Nərimanov rayonunda keçirilib. Yüzlərlə məktəblinin iştirak etdiyi Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artırılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir.
Forumu giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün ölkədə müxtəlif sahələr kimi əhalinin sağlamlığının qorunması istiqamətində həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları birgə səy göstərirlər. Onlar hər il yüzlərlə maarifləndirmə kampaniyaları, aksiyalar və digər tədbirlər keçirirlər. O, dövlətin məktəblilərin sağlamlığının qorunması istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, gənclər təşkilatlarının da bu işdə öz töhfələrini bundan sonra da verəcəyini vurğulayıb. Fəxrəddin Həsənzadə keçirilən forumlarla yanaşı məktəblilərin sağlamlıqla bağlı təşəbbüslərini genişləndirmək məqsədilə digər tədbirlərin – yazı müsabiqələrinin, maarifləndirici kampaniyaların və s. keçiriləcəyini də xatırladıb.
Çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanın idman ölkəsi olduğunu qeyd edərək cənab Prezidentin bütün sahələrə olduğu kimi bu sahəyə də xüsusi diqqət-qayğı göstərdiyini söyləyib. Nərimanov rayonun hər zaman idman yarışlarının təşkil edilməsi işində yaxından iştirak etdiyini bildirən idarə rəisi bundan sonra da bu istiqamətdə ən ön cərgələrdən dayanacaqlarını vurğulayıb.
Nəcəf Novruzov Azərbaycanın gələcəyi olan gənclərin sağlam ruh və sağlam bədəndə böyüməsinin olduqca önəmli olduğunu söyləyərək onları zərərli vərdişlərdən çəkinməyə, idmanın müxtəlif növlərində aktiv iştiraka çağırıb.
Daha sonr ekspertlərin məruzələri, məktəblilərin çıxışları dinlənilib.
Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərin tibbi müayinələri təşkil olunub.
Qeyd edək ki, forum Bakı şəhərinin 7 rayonunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB