Dövlət Statistika Komitəsinə yeni aparat rəhbəri təyin edilib

Dövlət Statistika Komitəsinə yeni aparat rəhbəri təyin edilib

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib. SİA-nın məlumatına görə, bu vəzifə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayevə həvalə olunub. O, aprelin 13-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bu təyinata qədər DSK-nın aparat rəhbəri Vahab Məmmədov olub. V.Məmmədov prezident İlham Əliyevin fevralın 17-də imzaladığı sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə