Aprelin əvvəlində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks hücuma keçdi. Ordumuz müxtəlif istiqamətlərdə bir sıra yüksəklikləri ələ keçirə bildi. Belə döyüşlərin getdiyi və ordumuzun qələbə qazandığı yerlərdən biri də Goranboyun Tapqaraqoyunlu kəndinə yaxın məsafədə yerləşən, Tərtərin Talış kəndi yaxınlığında olan yüksəkliklərdir. Bu strateji nöqtələri əldə edərkən Azərbaycan Ordusunun zabitləri böyük şücaət göstəriblər.
Baş verən döyüşdə erməni tərəfi xeyli itki verib. Ağır zərbələr alan Ermənistan ordusu mövqelərini və hərbi sursatlarını ataraq qaçıblar.
Bir necə günlük döyüşdə Azərbaycan ordusunu qələbəsi hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB