Hikmət Hacıyev: "Ermənistanın təxribatına adekvat münasibət bildirilməlidir"

Hikmət Hacıyev: "Ermənistanın təxribatına adekvat münasibət bildirilməlidir"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirib. Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə