Qubada tək yaşayan tanınmış aktyor, əməkdar artist Məcnun Hacıbəyovun ötən gün ölümü ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərlərə sənətkarın özü belə çaş-baş qalıb.
O, bildirib ki, "Səhhətim əvvəlki günlərlə müqayisədə yaxşıdır"
Qeyd edək ki, 81 yaşlı aktyor1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.
Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB