Jurnalistlər Ulu Öndər Heydər Əliyevi anıblar FOTOLAR

Jurnalistlər Ulu Öndər Heydər Əliyevi anıblar FOTOLAR

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Excelsior Hoteldə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mətbuat orqanlarının rəhbər şəxsləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İlk öncə Ulu Öndərin həyat yolunu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov böyük siyasətçi, dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir.

Ümummilli liderin Azərbaycan Milli Ordusunun da formalaşmasında böyük xidmətlərinə toxunan Əflatun Amaşov nəinki ordu qurucluğu sahəsində bütün digər sahələrdə də aparılan işlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyini söyləyib.

Çıxış edən Ahıl Jurnalistlər Birliyinin sədri Yusif Kərimov Ulu Öndərin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb.

Digər çıxışçılar da Ulu Öndərin həyat yolundan söz açıb, onun Azərbaycan mətbuatına olan böyük ehtiramından danışıblar.

Qeyd olunub ki, Ümummilli liderin qurub yaratdığı, memarı olduğu müstəqil və güclü Azərbaycan dövləti var olduqca O, daim xalqımızın qəlbində yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə