Ağac üzərində yüzlərlə sənət nümunəsi... FOTOLAR

Ağac üzərində yüzlərlə sənət nümunəsi... FOTOLAR

İllər, əsirlər keçsə də türk dünyası mədəniyyətinin formalaşdırılmasında böyük və əvəzsiz xidmətləri olan Nizami Gəncəvi bu gün də milyonlarla insanın qəlbində yaşayır.

Oymaçılıqla məşğul Nizami usta da da Şeyx Nizami Gəncəviyə olan sevgisini yaratdığı sənət əsərləri ilə göstərir. Qapı üzərində Nizami Gəncəvinin əsərlərindən ibarət kompozisiya 2 il çəkilən zəhmətin bəhrəsidir. Hündürlüyü 3, eni isə 1 m yarım olan qapı üzərində oyma işləri 54 ildir səbir və qabiliyyət tələb edən oymaçılıq sənətini yaşadan Nizami Abbasova məxsusdur. Ustanın dahi Nizami Gəncəviyə olan sevgisinin nəticəsidir ki, o şair, eləcə də onun yaradıcılığına 6 dəfə müraciət edib. Ağac üzərində yüzlərlə sənət nümunəsi yaradan 64 yaşlı Nizami Abbasovun yaradıcılığında şair və yazıçıların büst və portlerləri üstünlük təşkil etsə də, usta hərbi -vətənpərvərlik və təbiət mövzularına da müraciət edir. Əl işlərində qoz, şabalıd, fıstıq, armud ağacından istifadə edir. Vurğunu olduğu sənətinin nümunələri kağız üzərində cızan Nizami ustaya 10 yaşlı nəvəsi də kömək edir. Əl işlərində göz obrazına üstünlük verən Nizami Abbasovun arzusu böyükdür. O, yaratdıqlarının sərgisini təşkil etmək istəyir, amma satmaq üçün yox, göz oxşamaq üçün.

İlham Məmmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə