“Ailə hüquqşünası” institutu fərdi sosial məsuliyyətin göstəricisidir EKSPERT RƏYİ
Hal-hazırkı ölkə qanunvericiliyində "ailə vəkili" və ya "ailə hüquqşünası" anlayışı normativ olaraq öz əksini tapmasa da fərdi olaraq bu yanaşmadan istifadə edən ailələr mövcuddur. Bir çox xarici ölkələrdə tətbiq edilən bu institutun ölkəmizdə geniş yayılmamasının əsas səbəbi insanların və ya ailələrin yalnız hüquq və ya hüquqşünaslarla bağlı təsəvvürünün nəticəsi deyil. Belə ki, diqqətlə nəzərdən keçirsək heç Azərbaycan insanı "ailə həkimi", "ailə psixoloqu" və s kimi sistemli və müştərək xidmət növlərindən istifadə məsələsində də o qədər fəal və ya maraqlı deyil.
Amma əslində adını sadaladığımız bu xidmətlərdən istifadə ənənəsi hər bir ailənin istər tibbi, istər hüquqi, istər biznes maraqlarının sistemli müdafiəsinə, daha əlverişşi vəziyyətin yaranmasına, hər xırda məişət xarakterli xidmət növündən yararlanmaq üçün müəyyən vəsait qarşılığında ayrıca mütəxəssisə müraciət ehtiyacının aradan qalxmasına gətirib çıxaracaq. Bu barədə SİA-ya danışan hüquqşünas Təbriz Raufoğlunun sözlərinə görə, geniş analiz etdikdə bütün qeyd olunan üstünlüklərə rəğmən ölkəmizdə bu institutların işləksizliyinin səbəbini bir neçə səbəblə əlaqələndirmək olar:
"İlk növbədə hələ də Azərbaycan insanının böyük əksəriyyəti "ailə hüquqşünası" daxil olmaqla bu qəbildən olan digər xidmət növlərinin işləkliyi, mümkünülüyü və nə dərəcə də effektivliyi ilə bağlı dəqiq və əsaslı bir fikrə gəlməyib. Nəzərə alsaq ki, adı keçən xidmət növlərinin fərdi şəkildə tətbiqində belə bəlli problemlər mövcudddur, o zaman insanlarımızın bu cür qənaətinə də müəyyən qədər haqq qazandırmalıyıq. İkinci əsas səbəb isə bu institutun tətbiqi ilə əlaqədar ölkə səviyyəsində vahid prkaktikanın var olmamasıdır. Yəni, hər hansı dövlət və ya ictimai strukturun bu təşəbbüsün həyata keçirilməsi, ölkə səviyyəsində təbliği və formalaşdırılmasına dəstəyi real olaraq mövcud olmadığından "ailə vəkili" və ya "ailə hüquqşünası" yanaşması geniş kütlənin istifadəsindən kənarda qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB