Bu gün (3-4 may) Bakı şəhərində "Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTİF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları" adlı beynəlxalq seminar keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC, Pakistan Dəmir Yolları, Gürcüstan Dəmir Yolu SC, Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolu, Railway Working Group şirkət, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, Dəmir Yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Beynəlxalq Dəmir Yolu Komitəsi (CİT) və İran İslam Respublikası Dəmir Yollarının nümayəndə heyətləri iştarak edir.
Açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Iqbal Hüseynov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədr müavini Quram Quramişvili, Türkiyə Dövlət Dəmir Yolları Yük daşımaları Departamentinin Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi xanım Nevin Kayqısız çıxış ediblər.
İki gün davam edəcək seminarda "TRACECA regionunda dəmir yolu nəqliyyatının perspektivləri" (məruzəçi TRASEKA Hökumətlərarası Komissiyasında Azərbaycanın Milli katibi, Daimi katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev), "OTIF və KOTIF, üstünlüklər və əlavə dəyərlər" (OTIF-in Baş katibi Fransua Davenne), "Lüksemburq Dəmir Yolu Protokolu dəmir yolu sənayesini necə dəyişəcək" ("Rail Working Group "ın sədri Hovard Rozen), "Yeni üzv ölkə kimi Azərbaycan üçün vacib olan tərəflər" (OTİF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), "Yeni üzv ölkə kimi Ukraynanın Praktiki təcrübələri" (UKRZALIZNYTSYA SC-nin Kommersiya Şöbəsinin direktoru Yuriy Merkulov), "Beynəlxalq yük daşınmalarına dair Qaydalar" (OTIF-in Baş katibi Fransua Davenne), "Beynəlxalq yük daşımaları: CİM Dəmir Yol qaiməsi" (Beynəlxalq Dəmir yol Komitəsinin (CİT) Baş katibinin müavini Erik Evtimov), "İran dəmir yolları tərəfindən CİM vahid qaydalarının tətbiqi" (Malekan, İran İslam Respublikasının Dəmir Yolları), "Beynəlxalq sərnişin daşımalarına dair Qaydalar" (OTİF-in Hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), "Dəmir yolu nəqliyyat ilə sərnişin daşınmasının ümumi şərtləri: CIV PRR və CIV biletlər" (Beynəlxalq Dəmir Yolu Komitəsinin (CİT) Baş katibinin müavini Erik Evtimov), "RİD: Dəmir yolu ilə daşınan təhlükəli yüklərin Beynəlxalq daşımalarına dair qaydalar" (Təhlükəli yüklər üzrə bölmə rəhbəri İohan Konrad), "RİD,CİM -in tətbiqi və CİV Unifikasiya qaydaları" (Türkiyə Dövlət Dəmir Yollarının, Yük daşımaları Departamentinin, Beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi Nevin Kayqısız), "COTIF və texniki aspektlər: Hərəkət tərkibi ilə bağlı beynəlxalq yüklərin harmonizasiyasının üstünlükləri" (OTIF -in Texnoloji Bölməsinin rəisi Bas Leermakers) mövzularında məsələlər müzakirə olunacaq. Hər seminarın sonunda qiymətləndirmə aparılcaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB