Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxslərin qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də saat 15.00 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi "Toyota" və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi "QAZ-3110" markalı avtomobillər toqquşmuş və "QAZ-3110" markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB