Ermənilərin Tərtərə vurduğu ziyan açıqlandı SƏS TV

Ermənilərin Tərtərə vurduğu ziyan açıqlandı SƏS TV

Ermənilərin son 3 gün ərzində cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda zərər dəyən evlərin ümumi sayı məlum olub. Rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanovun verdiyi məlumata görə son iki gün ərzində rayonda ümumilikdə 58 evə ziyan dəyib.

Aprel ayı ərzində rayonda 254 fərdi yaşayış evinə 5 məktəb binasına iki tibb məntəqəsinə və bir uşaq bağçasına ciddi ziyan dəyib. Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən dağılan evlər, sosial obyektlər və inzibatı binalar qeydiyyata alınıb. Vətəndaşlara dəymiş ziyan dövlət tərəfindən ödəniləcək, evlər yenidən təmir və bərpa ediləcək

Son 3 gündə baş verən atışma zamanı şəhər 6 saylı məktəbi və Hacıqərvənd kənd orta məktəbinə top və qrad mərmisinin düşməsi nəticəsində tikililər də yararsız hala düşüb. Aprelin əvvəllərində baş verən məlum olaylar zamanı isə rayonun Qapanlı kənd orta məktəbi, 1 saylı Şıxarx qəsəbə orta məktəbi və 2 saylı Şıxarx qəsəbə orta məktəbləri ciddi ziyan çəkib, təhsil ocaqlarında dərslər dayandırılıb. Rayonda dağılan 5 məktəbin şagirdlərinin siyahısı Təhsil Nazirliyinə göndərilərək. 9 və 11 sinif şagirdlərinə buraxılış imtahanlarında güzəşt olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə