ÇXR-də “Azərbaycanın inkişaf yolu” kitabının təqdimat mərasimi keçiriləcək
5-6 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti müəllifinin SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimovun olduğu "Azərbaycanın inkişaf yolu" kitabının təqdimat mərasimində iştirak etmək üçün Pekin (Çin) şəhərinə səfər edib.
SAM-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov daxildir.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və Strateji Araşdırmalar Mərkəzidir.
"Azərbaycanın inkişaf yolu" kitabında Azərbaycan Respublikasının son 25 ildə keçdiyi yol, milli dövlət quruculuğu, iqtisadi inkişaf, gələcək inkişaf planları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mövzular müzakirə olunub.
Səfər ərəfəsində nümayəndə heyətinin Beynəlxalq Problemlərin Araşdırmaları Akademiyası, ÇXR Beynəlxalq Münasibətlər Akademiyası, ÇXR Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamenti, Hərbi İşlər üzrə Araşdırma İnstitutu, ÇXR XİN və ÇXR Tərksilah və Sülh Cəmiyyətində görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB