Ermənistanda korrupsiya çox geniş yayılaraq sistemli hal alıb. Bunu "Transparency İnternational" və digər hüquq müdafiə təşkilatları öz hesabatlarında qeyd ediblər. "Transparency International" təşkilatının icraçı direktoru Varujan Oktanyan bildirib ki, 2003-2012-ci illərdə Ermənistanda korrupsiya cədvəl üzrə 0-dan 10 dərəcəyə qədər qalxaraq korrupsiya indeksi ilə 3 balla qiymətləndirilirdi. Amma 2012-ci ildən başlayaraq bu ölkədə korrupsiya daha genişlənərək cədvəl üzrə 0-dan 100-ə qalxıb. Bununla da Ermənistanın korrupsiya cədvəlindəki indeksi 35-ə qalxıb. Bu da Ermənistanda korrupsiyanın sistemli xarakter aldığını bir daha sübut edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB