"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsinin açılış mərasiminə iki gün qalmış şəhərin mərkəzində - Heydər Əliyev adına Baş meydanda layihənin canlı loqosunun möhtəşəm nümayişi olub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən fləşmobda "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyinin könüllüləri, şəhərdə fəaliyyət göstərən universitetlərin tələbələri, həmçinin ali və orta ixtisas məktəblərindən ümumilikdə 10 min 152 gənc iştirak edib.
Canlı loqonun nümayişi sakinlər və KİV nümayəndələri tərəfindən yaxından izlənilib.
Fləşmobda Azərbaycan bayrağının rəngləri, həmçinin "Ganja European Youth Capital 2016" sözləri canlı nümayiş etdirilib.
Nümayiş olunan canlı loqo Gəncə Dövlət Universitetinin üçüncü kurs tələbəsi Mobil Qarayev tərəfindən hazırlanıb. Onun layihəsi əsasında ötən il eyni məkanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərin portreti və "Bakı-2015 birinci Avropa Oyunları"nın loqosu da nümayiş etdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB