Namizədlərin imtahanının nəticələri elan olunub
SOCAR kimə təqaüd verəcək?

Ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanının nəticələri elan edilib. TQDK-dan bildiriblər ki, nəticələr TQDK-nın internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1570 namizəddən 233-ü imtahana gəlməyib. Ən yüksək nəticə, toplanılması mümkün olan 40 baldan, 39 bal olub.

İmtahanın nəticəsinə əsasən, yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə