DTX əməkdaşları ilə BSU-da görüş keçirilib

DTX əməkdaşları ilə BSU-da görüş keçirilib

Mayın 2-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüşüblər. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri açan BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, vətənpərvərlik ruhunda keçirilən görüşün əsas məqsədi dövlət siyasətinə dəstək olmaqdır. Rektor Ümummilli lider HeydərƏliyevin Azərbaycanın təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövründə, o cümlədən Dövlət Təhlükəsizliyi Komitəsinə (DTK) rəhbərlik etdiyi vaxtlarda ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunduğunu vurğulayıb. Təhlükəsizlik orqanlarının xalqın mənafeyi və maraqlarına xidmət etdiyini deyən rektor Prezident İlham Əliyevin çoxşaxəli dövlətçilik siyasəti nəticəsində hazırda Azərbaycanın stabillik və inkişaf məkanına çevrildiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı Seymur Şeydayev DTX-nin yaranma tarixi, o cümlədən bu orqanın erməni təcavüzkarlarına qarşı mübarizədə əməyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, təhlükəsizlik orqanları xalqla daim bir yerdədir. "DTK-ya rəhbərlik etdiyi dövrlərdə HeydərƏliyevin səyi nəticəsində milli ruh, milli şüurun Azərbaycan ədəbiyyatında qorunub saxlanılmasında əvəzsiz işlər görüldü. Heydər Əliyev Azərbaycan ziyalılarının həbsxanaya gedən yolunu bağladı". Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı mühüm islahatlar həyata keçirildiyini deyən qurum rəsmisiDTX-də daim savadlı, vətənpərvər gənclərə ehtiyac olduğunu qeyd edib.

Sonra Dövlət Təhlükəsizlik Xidmətinin veteranları Akif Məmmədov, Davud Rzayev Ulu öndər HeydərƏliyevin Dövlət Təhlükəsizliyi Komitəsində sədr olduğu dövrlərlə bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə