Nazirlər Kabineti təminat və öhdəlikləri təsdiq edib

Nazirlər Kabineti "Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 oktyabr tarixli 1439 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR") ilə ZENİT ARAN OYL KOMPANİ LİMİTED ("ZENİT") və SOCAR-ın Ortaq Neft Şirkəti ("ONŞ") arasında 2015-ci il 16 mart tarixində imzalanmış "Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişlə əlaqədardır. Qərara əsasən, sazişin 5-ci əlavəsində qeyd olunmuş "Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri" təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...