Nazirlik sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirib FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Nəzarət Müfəttişliyi Şirvanda sürücülük vəsiqələrinin dəyişdirilməsini həyata keçirib. SİA-nın Aran bürosuna xidmətin rəisi Ağakişi Alıyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanları test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektraon qaydada qəbulunu təmin etmişik. Ona görə 8 bölgədə Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ, Qubada səyyar xidmət qurupu yaradılıb. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə Baş Dövlət Texniki Müfəttişliyinin səyyar xidmət qurupu bu gün Şirvan şəhərinə gəliblər . 17 rayondan 170 nəfər vətəndaş banka rüsum ödəməklə ərizə əsasında sürücülük vəsiqələrini yenisi ilə dəyişiblər. Hər bir vəsiqəni dəyişdirilməsi 30 dəqiqəyə həyata keçirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB