Bakı Slavyan Universitetində “Ekoloji aksiya” keçirilib

Bakı Slavyan Universitetində “Ekoloji aksiya” keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Bir" Tələbə- Könüllü Proqramı çərçivəsində Bakı Slavyan Universitetində (BSU) "Ekoloji aksiya" keçirilib. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, universitetin professor-müəllim heyəti,Tələbə-Ekoloji klubun üzvləri və tələbə -könüllülər iştirak etdiyi aksiyada BSU-nun hər iki tədris korpusunun həyətində təmizlik işləri aparılıb, 30-dan çox ağac əkilib, ağac gövdələri əhənglənib.

"Ekoloji aksiya"nın proqramına əsasən ali təhsil müəssisəsinin həyətində tələbələr tərəfindən "Bir" çadır hazırlanıb. Çadır iş bölgüsü aparmaq, xüsusi uniformavə lazımi ləvazimatlar və tibbi məntəqəyerləşdirmək üçün quraşdırılıb.

Qeyd edək ki, respublikanın 15 ali təhsil müəssisəsini əhatə edən "Ekoloji aksiya"nın məqsədi ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə