Sumqayıtda dənizkənarı yeni bulvarda işlər davam edir

Sumqayıtda dənizkənarı yeni bulvarda işlər davam edir

Sumqayıtda dənizkənarı yeni bulvar layihəsi ilə bağlı görülən işlər uğurla davam etdirilir. Sumqayıt Şəhər İcra Hakimiyyətindən SİA-ya bildirilib ki, ümumi uzunluğu 4,2 kilometr olan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağının 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Ümumi sahəsi 106 hektar olan yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bu istiqamətdə də işlər davam etdirilir. Ərazidə nadir ağac və bitki nümunələrinin əkilməsinə başlanılıb və yaxın günlərdə bulvarın 500 metrlik hissəsində yaşıllaşdırma işləri tamamlanacaq.

Şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətini təmin etmək üçün infrastrukturun yaradılmasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə