Naxçıvan Muxtar Respublikasında "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası" təsdiq edilib. SİA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Bu Qayda investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. Təsdiqedici sənədi almaq üçün sahibkar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB