Zaqatalada canavar tövləyə hücum etdi SƏS TV

Zaqatalada canavar tövləyə hücum etdi SƏS TV

Zaqatalada canavar kəndə hücum edib. Rayonun Danaçı kəndinin Kələntəroba məhəlləsində sakin Taibat Ömərovaya məxsus tövləyə hücum edən canavar iki baş qoyunu tələf edib. Hadisənin gecə saat 3 radələrində baş verib. Belə ki, gecə saatlarında ev sahibləri tövlədən müxtəlif səslər eşitsələr də, silahsız olduqlarından ora girməyə qorxublar. Səhər erkən saatlarda tövləyə girən ev sahibəsi ona məxsus iki baş qoyunun parçalandığını görüb.

Xoşbəxtlikdən canavar tövlədə olan at və iribuynuzlu heyvanlara toxunmayıb. Ən maraqlısı isə odur ki, həyətdə olan it hadisəyə heç bir müdaxilə etməyib. Sakinlərin sözlərinə görə, analoji hadisələr kənddə vaxtaşırı baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə