Daşkəsənin Xoşbulaq kəndi təmiz havası, saf bulaqları və sıx meşələri ilə tanınır. Amma üçüncü amil getdikcə sıradan çıxır.
SİA-nın bölgə müxbirini verdiyi məlumata görə, Xoşbulaq kəndində qazpaylayıcı stansiyadan daşıyıcı xəttin çəkilişi başa çatdırılıb. Məhəllədaxili xətlər isə qismən çəkilsə də, sonradan işlər yarımçıq dayandırılıb. Sərt iqlimə malik kənddə sakinlər qızınmaq üçün meşələrə üz tuturlar və bununla da ətraf mühitə ziyan vurmaq məcburiyyətində qalırlar. Sakinlər kəndin qazlaşdırılacağına inamlarını itiriblər. Çünki illər əvvəl çəkilən qaz xətləri artıq karroziyaya uğrayıb, sayğaclar isə işlənmədən istismar müddətini başa vurub. Şəmkir Regional Qaz İstismar İdarəsinin rəsmləri isə Xoşbulaq kəndinin tezliklə qazlaşdırılcağını vəd edirlər.
İdarənin baş mühəndisi Məzahir Hüseynovun sözlərinə görə, kəndin qazla təchizatında yeganə problem əksər mənzillərdə yaşayışın olmamasıdır. Xoşbulaqda 2 mindən çox ailə yaşayır. Onlardan 600-ü daimi olaraq kənddə qalır.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB