Prezident İlham Əliyev Ağsu rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...