“Filologiya elminin aktual problemləri” Elmi-praktiki konfrans

“Filologiya elminin aktual problemləri” Elmi-praktiki konfrans

Bu gün Bakı Slavyan Universitetinin Filologiya və Jurnalistika Fakültəsində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 93 illik yubilyeyinə həsr olunmuş "Filologiya elminin aktual problemləri" I Respublika tələbə elmi-praktiki konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə BSU-nun tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbə və magistrları da iştirak ediblər.

Azərbaycan Dövlət Himninin ifasının ardından iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Çıxış edən fakültənin dekanı, professor Zemfira Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb, eyni zamanda da konfransın keçirilməsinin əhəmiyyətinə, məqsədlərinə toxunub.

Digər çıxışçılar da dahi şəxsiyyət Heydər Əliyevin müəllim və tələbələrə olan xüsusi diqqət və qayğısından danışıb, əməkdar müəllimlər isə o böyük insanla ünsiyyətlərindən, xatirələrindən ürək dolusu söhbət açıblar.

Konfrans bölmələr üzrə mühazirələrlə davam etdirilib.

Sonda iştirakçılar sertifikatlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə