Aprelin 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.
Aprelin 30-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB