5 rayonda qaz məhdudiyyəti yaşanacaq

Sabah Sabunçu rayonunun Savalan və Albalılıq yaşayış massivlərində, Bilgəh qəsəbəsində, Binəqədi rayonunun Çiçək yaşayış massivi ərazisində, Xəzər rayonunun Buzovna və Zirə qəsəbələrində, Qaradağ rayonunun Sahil qəsəbəsində, həmçinin Abşeron rayonunun Xırdalan, Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məhdudiyyət qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin təmiri, aşkar olunmuş qaz sızmalarının ləğv olunması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədardır və fasilələr səhər saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə