Sosial evlərin ilk sakinləri kimlər olacaq? RƏY

Sosial evlərin ilk sakinləri kimlər olacaq? RƏY

"İqtisadiyyatda baş verən böhrandan çıxışın ilk əlamətlərindən biri də tikinti sektorunun canlanmasıdır. Əgər bu baş verirsə deməli iqtisadiyyatın digər sahələrində də tədricən canlanma baş verəcək. Bu səbəbdən dövlətimizin ölkədə sosial evlər tikilməsinə dair müəyyən etdiyi proqram çox əhəmiyyətlidir. Bu proqramın reallaşadırılmasına başlamaq, bir tərəfdən iqtisadiyyatda canlanmaya gətirib çıxaracaqdırsa, digər tərəfdən ölkədə əhalinin müəyyən təbəqələrinin mənzil problemi öz həllini tapmış olacaq. Sosial evlərin tikintisi digər tərəfdən daşınmaz əmlak bazarında canlanma yaradacaq". Bu fikirləri SİA-ya "Ekonomiks" İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Fikrət Yusifov deyib.

O bildirib ki, dövlət tərəfindən bu istiqamətə xüsusi diqqət yönəldildiyindən hansısa əngəllərin olacağı inandırıcı deyil: "Bu evlərin tikintisi ilə bağlı hər hansı bir problemin yaşanacağını düşünmürəm. Çünkü tikinti işləri xüsusi dövlət proqramları çərçivəsində və deməli dövlətin dəstəyi ilə aparılacaq. Yəni, burada ölkə başçısı səviyyəsində xüsusi tapşırıqlar qoyulub və bunlar da təbii ki, yerinə yetirilməlidir".

Sosial evlərin, ilk növbədə müharibə veteranlarına, onları ailələrinə veriləcəyi ilə bağlı deyilən iddialara da toxunan ekspert qeyd edib ki, belə mənzillərlə, ilk öncə müharibə veteranlarının təmin edilməsini hər birimiz alqışlamalıyıq: "Nəzərə almaq lazımdır ki, burada söhbət, əhalinin bütün təbəqələrinin, xüsusilə də daha çox ehtiyacı olan aztəminatlı hissəsinin mənzilə olan ehtiyacını qarşılamaqdan gedir. Vətən, torpaq uğrunda canından keçən, əlil olan insanları, onların ailələrini bütün sahələrdə olduğu kimi burada da xüsusi nəzərə almaq təqdirəlayiq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə