Partiya sədrinin qardaşı vəfat edib

Partiya sədrinin qardaşı vəfat edib

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədov dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə S. Cəlaloğlu məlumat verib.

O bildirib ki, qardaşı 65 yaşında beyin iflicindən vəfat edib: "Qarabağ müharibəsində onurğa sütunundan xəsarət almışdı. 30 ildir ki, müalicə olunurdu".

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlil olan Ə. Məmmədov aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan Rasim Məmmədovun atasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə