Ucqar dağ kəndlərində hələ də müəllimlərə ehtiyac var. Məsələn, Göygölün kəndlərində 9 orta məktəbə bu tədris ilində 10 pedaqoq gəlib. Amma rayonda yenə də müəllim çatışmazlığı hiss olunur.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Səltənət Qurbanova ötən ilin sentyabr ayında təyinatla rayon mərkəzindən 30 km aralı olan Göygöl rayon İbrahim Mahmudov adına Çaylı kənd tam orta məktəbinə gəlib. Gəncədə orta və ali məktəbi bitirən müəllimə burada ixtisasına uyğun olaraq Azərbaycan dili və Ədəbiyyat fənnindən dərs keçir. Təhsil Nazirliyinin pedaqoqlar arasında keçirdiyi imtahanda yüksək bal toplayan və iki müsabiqədən keçən Səltənət Qurbanova iş yeri kimi məhz bu kənd məktəbini seçib. Məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənni müəllimi üçün vakant yer 2014-cü ildən boş olub. Məktəb rəhbərliyi bununla bağlı Təhsil Şöbəsinə müraciət edib. Son bir-neçə ildə ölkənin əyalətlərində müəllim çatışmazlığı problemi qismən həll edilib. Buna baxmayaraq Göygöl rayonu üzrə ucqar kənd məktəblərində 4 pedaqoqa ehtiyac var.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB