Leysan olacaq! XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Departamentdən SİA-ya bildirilib ki, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə