Əli Həsənov: "Bir çox ölkələrdə media yanlış istiqamətə yönəldilir" MÖVQE

"Bir acı həqiqəti qəbul etməliyik ki, Azərbaycanın da yerləşdiyi regionda zorakılıq, dini dözümsüzlük və ekstremizim geniş surətdə yayılmaqdadır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində keçirilın "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" mövzusunda sessiyada çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, həm keçmiş sovet respublikalarında, həm də Yaxın Şərqdə olan münaqişələr etnik təmizləmə, tarixi və dini abidələrə qarşı vandalizm aktları ilə müşahidə olunur: "Bugünkü sessiyada zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkilində medianın rolunu müzakirə edirik. Çox təəssüflə qeyd etməliyik ki, münaqişənin təsirinə məruz qalmış bir çox ölkələrdə media yalnış istiqamətdə yönəldilir. Media ekstremizmin, zorakılığın və irqi ayrı-seçkiliyin bir hissəsinə çevrilir. Bəzi hallarda bu, bilərəkllən siyasi rejimlər tərəfindən edilir, bəzi hallarda isə bu, qeyri-peşəkarlığın nəticəsi kimi qiymətlənldirilə bilər".

Ə.Həsənov deyib ki, mədəniyyətlərarası dialoqun və tolerantlığın təbliğ edilməsimndə media ən effektiv bir vasitədir: "Bəzi hallarda dünyanın aparıcı media vasitələri də münaqişələri işıqlandırarkən düşmən imicinin yaradılması trendinin təsirinə məruz qalır. Bu, ötən 20 il ərzində keçmiş sovet ölkələrində baş verən müxtəlif münaqişələrə media vasitələrinin fərqli yanaşması ilə bir daha özünü biruzə verir. Əgər başqa münaqişələr itirilmiş ərazilərin azad ediliməsi ilə milli suverenliyin bərpa edilməsi kontekstində təqdim edilirsə, bəzi media vasitələri Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və ya "xristian qardaşlığı " kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırma cəhdlərini görürük. Burada münaqişənin təşəbbüskarı "qurban" kimi təqdim edilir, lakin münaqişənin qurbanı olmuş tərəf təcavüzkar millət kimi təqdim edilir".

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının nifrət nitqindən istifadə etməsi üçün bir sıra motivasiyalar var: "Əsas səbəb odur ki, ərazilərimizi işğal altında saxlayan ölkənin mediası Azərbaycanın Dağlıq Qarabağ regionunu ayırmaqla bağlı başlanmış təşəbbüsləri dəstəkləmək üçün nifrət nitqindən istfadə edir".

Prezidentin köməkçisi bildirib ki, Ermənisitan mediası nifrət nitqindən istifadə etməklə islamafobiya və türkfobiya təbliğatı aparır: "Ermənistan mediası Azərbaycanı ləkələmək və işğalı qanuniləşdirmək istiqamətində təbliğat aparır. Ermənistanın keçmiş və hazırkı prezidentləri, Avropa Şurası Parlament Assambleyasınlakı nümayəndə heyətlərinin rəhbərləri azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyü barədə beynəlxalq tirbunalarda absurd bəyanatlar verirlər. Onlar buna görə tənqid olunmur və ya pislənmir. Ermənistan rəsmi mənbələri media qurumlarının yaradılmasına birbaşa cəlb olunur".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dünyəvi, demokratik ölkədir, din və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqludurlar: "Azərbaycanda islam, ortodoks, katolik, protestant, yəhudi dini icmaları fəaliyyət göstərir və onların hər birinə dövlət səviyyəsində qayğı göstərilir. Azərbaycan hökuməti bu icmaların öz dini rituallarını təmin etmək üçün yeni məbədlərin tikilməsinə yardım göstərir. Beynəlxalq miqyasda nadir hal olsa da, bu, Azərbaycanın reallığıdır".

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...