Qazağın cəbhəyanı kəndlərindən xəbər var SƏS TV

Qazağın cəbhəyanı kəndlərindən xəbər var SƏS TV

Düşmən ordusu növbəti dəfə atəşkəsi pozaraq cəbhə bölgəsində təxribat törədib. Mənfur qonşularımız ötən gecə Qazax rayonunun düşmənlə təmas xəttində yerləşən Abasbəyli kəndini və həmin ərazidə yerləşən ordumuzun mövqelərini atəşə tutub. Düşmən milli ordumuzun cavab atəşi ilə dərhal susdurulub. Düşmənin atəşi isə cəbhəyanı kəndlərdə yaşayan sakinləri heç də qorxutmur. Sakinlər gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.

Qazax rayon Alpoud kənd icra nümayəndəsi Murğuz Alıyev də cəbhə bölgəsində mənfur qonşularımızın ordusu tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğunu, ötən gecə ordumuzun mövqelərinin atəşə məruz qaldığını və düşmənin cavab atəşi ilə dərhal susdurulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə