Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək. FHN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 aprel 2016-cı il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləriştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində(ünvan: Masallışəhəri, Qarabağ küçəsi 17) 28 aprel 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə