Bank VTB-dən manatla pulköçürmə 0% tarifi ilə

Bank VTB (Azərbaycan) öz müştərilərinə ZolotayaKorona sistemi vasitəsi ilə Azərbaycan Respublikası xaricinə milli valyuta ilə pul köçürmələri "0%" tarif ilə həyata keçirməyə imkan verir.

0% tarifi ZolotayaKorona sistemi üzrə bütün köçürmələrə aiddir. Köçürmə zamanı müştəri vəsaiti göndərdiyi şəxsin puluhansı valyutada – rublvə ya dollarla alacağını seçə bilər. Bu zaman göndərən şəxs köçürməni milli valyutada həyata keçirir. Valyutanın konvertasiyası pul vəsaiti göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir. Bu halda komissiya 0% təşkil edir.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...