Ermənilər atəşkəsi pozub, hədəf yenə də dinc sakinlərdir SƏS TV

Ermənilər atəşkəsi pozub, hədəf yenə də dinc sakinlərdir SƏS TV

Aprel ayının əvvəllərində əldə olunan atəşkəs razılığına baxmayaraq erməni hərbiçiləri yenidən təxribata əl ataraq atəşkəs rejimini ciddi şəkildə pozub. Ötən gecə saatlarından başlayaraq Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun üzbəüz mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya mərmilərindən atəşə tutub. Nəticədə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.

Rayonun Qapanlı, Qarağacı və Yuxarı Qaradağlı, Qazıyan, Qaynaq təmas xəttindən uzaqda yerləşən Azadqaraqoyunlu və Köçərli kəndlərinə mərmilər düşüb.

Partlayışlar zamanı evlərə, elektrik və qaz xətlərinə ciddi ziyan dəyib. Rayon mərkəzi də ermənilərin hədəfində olub. Atılan mərmilərdən biri Tərtər şəhəri Teymur Rəhimov küçəsindəki Adikə Mirzəyevaya məxsus fərdi evin həyətinə düşüb. Partlayış zamanı mərmilər evin otaqlarına sancılıb.

Azərbaycan ordusu düşmənə layiqli cavab verib. Milli ordumuz ağır artilleriyadan istifadə etməklə Ermənistan ordusunun mövqelərini və postlarını darmadağın edib.

Qeyd edək ki, ötən gecə cəbhədə baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 20 yaşayış evinə və 2 inzibati binaya mərmi düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə