Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi ilə əlaqədar multikulturalizmlə bağlı növbəti seminar keçirilib. SİA-nın məlumatına görə, tədbir Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Bilik Fondunun dəstəyi ilə təşkil edilib.
Seminarda MATM-ın elmi işçisi Əli Fərhadov, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Azər Cəfərov, Neft və Sənayə Universitetinin böyük elmi işçisi Səlahəddin Əyyubov, muzeyin əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə "Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları" mövzusunda fikir mübdiləsi aparılıb.
MATM-ın elmi işçisi Əli Fərhadov "Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında tolerantlıq və dini islahatçılıq" mövzusunda (XIX-XX əsrin əvvəlləri) məruzə ilə çıxış edib. Məruzədə M.F.Axundov, M.Kazımbəy, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi mütəfəkkirlərin yaradıcılığı əsasında dini islahatçılıq və tolerantlıq mövzusu təqdim olunub.
Digər çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb və seminar müzakirələrlə davam edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB